Arda Güler qayıtdı
    • 23-09-2023, 08:06
    • 364

Arda Güler qayıtdı

"Real"ın 18 yaşlı futbolçusu Arda Güler bu gündən məşqlərə qatılıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Yarımmüdafiəçinin zədəsinin sağaldığı bildirilib. Oyunçunun sentyabrın 24-ü "Atletiko"ya qarşı oynaya biləcəyi qeyd olunub.

Xatırladaq ki, Arda iyulun 29-da Madrid təmsilçisinin məşqində zədə almışdı.