-
- 17-10-2023, 00:06
- 365
Ələkbər Yasamallı bibisi oğlunun qətlindən bir il sonra efirə çıxdı
Uzun müddətdir səhhəti ilə əlaqədar ekranlardan ilim-ilim itən meyxanaçı Ələkbər Yasamallı üzə çıxıb.
News24.az bizim.media-ya istinadən bildirir ki, söz xiridarı bu gün "Rəngarəng səhər" verilişinin qonağı olub.
Qeyd edək ki, ötən il noyabrın 9-da Ələkbər Yasamallı həmkarı Rəşad Dağlı tərəfindən bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirdikdən sonra gözlərdən itib.
Daha sonra qohumu Ələkbərin səhhəti ilə bağlı Almaniyaya getdiyi və orada müalicə aldığı bildirilib. O müddətdən etibarən söz xiridarı efirlərə çıxmayıb.
Xatırladaq ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.