-
- 17-10-2023, 01:45
- 658
6 yaşlı qız yarım beyinlə yaşayacaq
ABŞ-da altı yaşlı qızın iflic olmasının qarşısını almaq üçün beyninin yarısı ayrılıb.
News24.az BiG.AZ-a istinadən xəbər verir ki, Beyin şişməsinə səbəb olan Rasmussen sindromu ötən ilin sentyabrında ABŞ-ın Kaliforniya ştatında Brianna Bodleydə aşkarlanıb. Dünyada cəmi 500 uşaqda rast gəlinən bu problem beynin bir yarımkürəsində iltihaba və disfunksiyaya səbəb olan otoimmün xəstəlikdir.
Briannaya edilən dərman müalicəsi bir neçə aydan sonra faydasız olub. Anası Kristal Bodli hətta qızı yatarkən belə gün boyu davam edən ağrılı qıcolmalara artıq dözə bilməyib. Ailə qərara gəldi ki, Brianna üçün ən yaxşı variant hemisferektomiya adlanan cərrahi müalicədir.
Bu əməliyyatla Briannanın beyninin yarısı bədənindən ayrılıb. Beyin toxuması çıxarılmadan bölgənin sinir sistemi ilə əlaqələri kəsilib. Brianna keçən il onun adına açılan ianə fondu sayəsində sentyabrın 28-də əməliyyat olunub. Bununla belə, azyaşlı yeriməyi və qolundan istifadə etməyi yenidən öyrənmək üçün reabilitasiya olunacaq.