Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin ADLARI - SİYAHI
    • 17-10-2023, 11:32
    • 407

Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin ADLARI - SİYAHI

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım zamanı erməni terrorçu Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb. 

News24.az-ın məlumatına görə, bu barədə Vaqif Xaçaturyanın ittiham aktında bildirilir. 

İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti  və ağır texnikasinın dəstəyi ilə Meşəli kəndində evlərə və küçələrə  hücum edib. Onlar kənd sakinləri  1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-ci il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətlab Qanimat oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Sadıqova Qonçə Məmmədbağır qızını, 01 iyul 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 01 iyul 1936-ci il təvəllüdlü Nurməmmədova Pakizə Islam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 01 iyul 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 01 iyul 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 01 yul 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölmesinin polis (milis) serjantları 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetirib. 

Samir Əli