Xaçaturyanın iki azərbaycanlı əsirə verdiyi tükürpədən İŞGƏNCƏ
    • 17-10-2023, 11:16
    • 446

Xaçaturyanın iki azərbaycanlı əsirə verdiyi tükürpədən İŞGƏNCƏ

Xocalıda Azərbaycanlılara qarşı qətliam törədən Vaqif Xaçaturyanın amansız işgəncələri açıqlanıb. 

News24.az-ın məlumatına görə, bu barədə Vaqif Xaçatryanın ittiham aktında göstərilib. 

İttiham aktında göstərilib ki, Vaqif Xaçaturyan 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub və onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib. 

O, bu məqsədlə həmin şəxslərə  yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub döyüb, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib. Həmçinin üzərində olan bıçağı nümayiş etdirərək "sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz" sözlərini işlədib.

Daha sonra Məmməd Kazımovun qasıq nahiyəsinə bıçaqla bir zərbə vurub. Zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov ermeni dilində Vaqif Xaçaturyanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər edərək "qoy it kimi canın çıxanadək qanın axsın" sözlərini işlədib. 

Samir Əli