Vaqif Xaçatryanın istintaqa ifadəsi MƏLUM OLDU
    • 17-10-2023, 12:15
    • 264

Vaqif Xaçatryanın istintaqa ifadəsi MƏLUM OLDU

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qaı soyqırım törətməkdə təqsrləndirilən Vaqif Xaçaturyanın ibtidai istintaqa ifadəsi məlum olub. 

News24.az-ın məlumatına görə, o, istintaqa verdiyi ifadəsində bildirib ki, 1955-ci il tarixdə Əsgəran rayonunun Badara kəndində anadan olub.

Həmin kənddə qeydiyyatda olmaqla yaşayır, evlidir və üç qız övladı var, ailədə ondan başqa iki qardaşı və bir bacısı olub. Bacısı və bir qardaşı Qarnik ölüb. Vaqif Xaçaturyan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirib, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub,  sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 

1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra 50-55 yaşına qədər erməniləri özünümüdafiə adı ilə Xankəndi şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb. Bununla əlaqədar Vaqif Xaçaturyan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşüb və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünüblər. Daha sonra isə hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə apanılıb 

Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, hədəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçaturyanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb. 

Xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb, və o, həmin döyüşlərdə iştirak etməyib.

Postda xidmət aparan zaman Vaqif XaçatUryanın böyrəkləri və bağırsaqları soyuqladığına görə, o, 1992-ci ilin oktyabr ayının əvvəllərində Xankəndi şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunduqdan sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub.  Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçaturyan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olub. 

Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyini təsdiq edib:

"Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komisarlıq tərəfindən bizə silah verilmişdi".

Samir Əli