Məşhur modelin atasını öldürən şəxs barədə QƏRAR
    • 17-10-2023, 17:15
    • 348

Məşhur modelin atasını öldürən şəxs barədə QƏRAR

Ankarada Özge Ulusoyun atası, vəkil Heydər Ulusoyun vurularaq öldürülməsi ilə bağlı həbssiz mühakimə olunan Elif Nasir  haqqında 3 il 9 ay həbs cəzası verilib. Təqsirləndirilən şəxsin sürücülük vəsiqəsi də 2 il müddətinə müsadirə edilib.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, Özge Ulusoyun 73 yaşlı vəkil atası Heydər Ulusoy ciplə vurularaq öldürülüb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan Ulusoy aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı Ankara Baş Prokurorluğunun apardığı istintaq nəticəsində ittiham aktı hazırlanıb və saxlanılan Elif Nasir həbs edilib.

 İttihamnamə Ankara 39-cu Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. 

Ülkər Abdurahmanlı