-
- 17-10-2023, 16:47
- 364
Bir çox ölkə Türkiyədən kömək istədi - Fidan HƏMAS-la danışıqlara başladı
Türkiyə HƏMAS ilə əcnəbilərin, mülki şəxslərin və uşaqların azad edilməsini müzakirə edir.
News24.az xəbər verir ki, bu barədə “Jerusalem Post” yazıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Fələstinin silahlı qruplaşması HƏMAS ilə əcnəbilərin, mülki şəxslərin və qrup tərəfindən girov saxlanılan uşaqların azad edilməsi ilə bağlı danışıqlar aparır.
Beyrutda livanlı həmkarı ilə birlikdə çıxış edən Fidan bildirib ki, bir çox ölkə HƏMAS-ın nəzarətində olan vətəndaşlarının azad edilməsi üçün Türkiyəyə sorğu göndərib.
“Bazar ertəsi Hakan Fidan məsələni müzakirə etmək üçün HƏMAS lideri İsmayıl Haniyə ilə danışıb”, - xarici işlər nazirliyi mənbəsi bildirib.
Akqabay