İsrail kəşfiyyatının rəhbəri uğursuzluğa görə məsuliyyəti ÜZƏRİNƏ GÖTÜRDÜ
    • 17-10-2023, 18:21
    • 213

İsrail kəşfiyyatının rəhbəri uğursuzluğa görə məsuliyyəti ÜZƏRİNƏ GÖTÜRDÜ

“Oktyabrın 7-də HƏMAS-ın qəfil hücumunu həyata keçirməsinə səbəb olan kəşfiyyat uğursuzluqlarına görə məsuliyyət daşıyırıq”.

News24.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Aharon Haliva deyib. 

“Son 11 gündə Hərbi Kəşfiyyat İdarəsinin bölmələrinə etdiyim bütün səfərlərdə vurğuladım ki, müharibənin başlanğıcı kəşfiyyatın uğursuzluğudur”, - A. Haliva öz bildirib.

“Mənim komandanlıq etdiyim Hərbi Kəşfiyyat İdarəsi HƏMAS-ın törətdiyi terror hücumu barədə xəbərdarlıq edə bilmədi. Ən vacib missiyamızı yerinə yetirə bilmədik və Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri olaraq, uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Nəyi araşdırmaq lazımdırsa, biz ən dərin və əhatəli şəkildə araşdırıb, nəticə çıxaracağıq. Ancaq indi yalnız bir vəzifə var, mübarizə aparmaq və qalib gəlmək”, - general-mayor qeyd edib.

Akqabay