“Eurovision 2019” TƏHLÜKƏDƏ
    • 26-03-2019, 14:17
    • 1 016

“Eurovision 2019” TƏHLÜKƏDƏ

Bu ilin may ayında İsraildə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsi ləğv oluna bilər. 

News24.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb bazar ertəsi Qəzzadan İsrailə atılan raketin “Eurovision 2019”un keçiriləcəyi məkandan 17 km aralıda yerləşən evə düşməsidir. Raket hücumu nəticəsində 7 nəfər xəsarət alıb. 

Avropa Yayım Birliyi (EBU) mahnı müsabiqəsinin ləğv olunması məsələsinə belə münasibət bildirib:
“Hazırda İsrail höküməti ilə təhlükəsizliyin təmin olunması istiqamətində danışıqlar aparırıq. Yalnız müharibə və iri miqyaslı hərbi əməliyyatlar “Eurovision 2019”u ləğv edə bilər”.

Avropa Yayım Birliyi (EBU) belə bir hadisənin təkrarlanacağı halda və ölkə deleqasiyalarının yarışmada iştirakdan imtina edəcəyi təqdirdə hansı addımları atacaqları barədə açıqlama verməkdən imtina edib.