Çingiz Mustafayevdən "Eurovision"dakı səslərin nəticəsinin dəyişməsi ilə bağlı:
    • 23-05-2019, 16:01
    • 1 246

Çingiz Mustafayevdən "Eurovision"dakı səslərin nəticəsinin dəyişməsi ilə bağlı: "Bu qeyri-peşəkarlıqdır..."

“Eurovision 2019”da Belarusiyanın milli münsiflər heyətinin verdiyi səslərin ləğv olunması müsabiqədə ilk dördlükdən başqa, Azərbaycan da daxil digər ölkələrin təmsilçilərinin sıralamasına təsir edib.

News24.az xəbər verir ki, Avropa Yayım Birliyinin (EBU) verdiyi və geniş müzakirələrə səbəb olan addıma Azərbaycanın milli münsiflərinin verdiyi balı açıqlayan, xalq artisti Faiq Ağayev də münasibət bildirib: “Əslində onlar bu addımı tamaşaçılara, göndərdiklərə səslərə hörmət olaraq atıblar. Ona görə də inanmıram ki, bu hadisə “Eurovision” mahnı müsabiqəsinin nüfuzuna təsir etsin. Sadəcə İsraildə keçirilən müsabiqədə çox sayda anlaşılmaz xətalar oldu. Amma yenə də, biz onluqda qaldıq”.

F.Ağayev açıqlamasında İsrailin KAN Yayım Birliyinin Azərbaycana qarşı qərəzli münasibət göstəridiyini də qeyd edib. 

“Eurovision 2019”da Azərbaycanı təmsil edən Çingiz Mustafayev isə hadisə ilə bağlı bunları deyib: “Bu onların qeyri-peşəkarlığıdır”.