Məşhur baş məşqçinin oğlu saxlanıldı
    • 18-10-2023, 09:43
    • 242

Məşhur baş məşqçinin oğlu saxlanıldı

PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin övladlığa götürdüyü oğlu Con Valoviç-Qaltye hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olma ittihamı ilə nəzarətə götürülüb.

Hazırda onun evində axtarışlar aparılır. Özü isə polis idarəsindədir.

Qeyd edək ki, Kristof Qaltye Qətərin "Əl-Duhail" komandasının baş məşqçisidir.