"PSJ" klubunun baş məşqçisi saxlanıldı
    • 30-06-2023, 15:35
    • 156

"PSJ" klubunun baş məşqçisi saxlanıldı

Fransanın "PSJ" klubunun baş məşqçisi Kristofer Qaltye və oğlu Con-Valoviç Qaltye saxlanılıb.

News24.az xəbər verir ki, ikisi də irqçilikdə ittiham olunurlar.

İddiaya görə, fransalı mütəxəssis "Nitsa"da işləyərkən klubun idman direktoruna bildirib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.