Saakaşvilidən Paşinyana XƏBƏRDARLIQ:
    • 18-10-2023, 10:19
    • 311

Saakaşvilidən Paşinyana XƏBƏRDARLIQ: "Putin sizi devirəcək, ən yaxşısı Azərbaycanla..."

“Vaxtınız çox azdır. Siz Azərbaycanla açıq şəkildə bəyan edib dərhal sülh müqaviləsi imzalamalısınız”.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciətində qeyd edilib.

Mən sizə ilk dəfə və açıq şəkildə müraciət edirəm.

İnanın ki, onu nə qədər sevindirsəniz, sədaqət andı içsəniz də, Putin sizi heç vaxt bağışlamayacaq. 

Sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla- daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək. Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar verir. Siz Azərbaycanla açıq şəkildə bəyan edib dərhal sülh müqaviləsi imzalamalısınız”, - deyə Saakaşvili vurğulayıb.

Ayşən