Saakaşvili onları birliyə çağırdı
    • 4-09-2023, 18:03
    • 148

Saakaşvili onları birliyə çağırdı

Vətənində həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qurduğu müxalifət partiyası olan Vahid Milli Hərəkatı birliyə çağırıb.

News24.az xəbər verir ki, o, öz "Facebook" səhifəsində qeyd edib ki, respublika daxilində siyasi qüvvə ancaq bu yolla qalib gələ bilər.

“Xırda şikayətlərlə və şəxsi ambisiyalarla heç nə etmək olmaz. Əminəm ki, birlik şəraitində qələbə qaçılmazdır. Mən bu əsarətin bütün günlərini döyüşmək və Gürcüstanı Rusiya hakimiyyətindən azad etmək üçün fəal şəkildə istifadə edəcəyəm”, - deyə Saakaşvili bildirib. 

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib. 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstanın siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib. 

Qumral