-
- 17-10-2023, 10:28
- 332
Vəkil Vaqif Xaçaturyanın müdafiəsindən imtina etdi
Azərbaycan vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.
News24.az-ın məlumatına görə, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub. Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir. Etiraz qəbul edilib və V. Xaçaturyan başqa müdafiəçi ilə təmin edilib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.
Samir Əli