Xaçaturyan 5 nəfəri məktəbdə otağa yığıb diri-diri YANDIRDI
    • 18-10-2023, 10:47
    • 1 324

Xaçaturyan 5 nəfəri məktəbdə otağa yığıb diri-diri YANDIRDI

Meşəli kəndinə divan tutan ən vəhşi insan Vaqif Xaçaturyan idi. 

News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Fazil Hacıyev deyib. O bildirib ki, Xaçaturyan onlarla adamı diri-diri yandırıb: "Dekabrın 23-də kəndi atəşə tutdular. Məktəbdə 5 nəfəri yığıb otağa diri-diri yandırdı. Bu mənim gözümün önündə baş verdi. Küçədə neçə nəfəri yandırdılar. Küllərini yığıb təxmini adlandırdıq, bilmədik kimin meyitidir". 

Vaqif Xaçaturyan hadisədə iştirak etmədiyini bildirib. 

Zərərçəkmiş bildirib ki, o Xocalıya gedən təcili yardımda xəstəni öldürüb.

Samir Əli