NAXÇIVANA TƏYYARƏ BİLETLƏRİ... - ÇAĞIRIŞ!
    • 18-10-2023, 12:24
    • 1 396

NAXÇIVANA TƏYYARƏ BİLETLƏRİ... - ÇAĞIRIŞ!

Naxçıvana təyyarə biletlərinin tapılmaması ilə bağlı məsələ uzun zamandır problemli olaraq qalır. Amma bildirim ki, artıq Naxçıvana biletlər onlayn olaraq alına bilir.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

Nazir müavini qeyd edib ki, bu gün tələbdən asılı olmayaraq cədvəl üzrə Naxçıvana təyyarə sayı 4-dür.

"Bəzən isə 14-ə də qaldırırıq. Məsuliyyətlə deyirik ki, bilet tapılmaması ilə bağlı hal ola bilməz. Biz vətəndaşlara çağırış etsək də ki, onlayn biletinizi alın, onlar vasitəçilər axtarır. Bundan əlavə, insanlar bütün baqajı yığıb hava limanına gedib yerində bilet tələb edir. Xahiş edirik, biletlərinizi 1-2 gün öncədən alın", - deyə nazir müavini alıb.