Parlament iclasında Naxçıvana gediş-gəlişlə bağlı qayda TƏNQİD EDİLDİ
    • 12-06-2020, 15:24
    • 368

Parlament iclasında Naxçıvana gediş-gəlişlə bağlı qayda TƏNQİD EDİLDİ

Deputat Fazil Mustafa bu gün parlamentin iclasında Naxçıvana gediş-gəlişlə bağlı problem qaldırıb.

News24.az xəbər verir ki, F. Mustafa çıxışında qeyd edib ki, hökumət ancaq online bilet almağa imkan tanıyıb: “Elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almaqda qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim.

Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”.