-
- 18-10-2023, 13:37
- 407
Erməni jurnalist Paşinyanı biabır etdi: “Müharibə istəmirsiniz, amma...”
Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı Ermənistanda böyük rezonans doğurub.
News24.az xəbər verir ki, “Hraparak” qəzeti Ermənistan baş nazirinin “Zelenskinin yolunu tutduğunu” yazıb.
“Müharibə istəmirsiniz, amma Zelenski və Ukrayna yolunu tutmusunuz, hər çıxışınızda rusları qızışdırırsınız, onları ittiham edirsiniz. Qranadaya, Strasburqa gedirsiniz, lakin Bişkekə getmirsiniz. Siz Qarabağdakı məğlubiyyətə görə Rusiya və Putini günahlandırırsınız. Siz Belarus prezidentinin əzəli düşməni ilə görüşmüsünüz. Bu addımlar təsirsiz ötüşmür. Siz yeni düşmənlər qazanırsınız. Bəs Qərb Zelenskini dəstəklədiyi qədər sizi də dəstəkləməyə hazırdırmı?”, - “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan Nikl Paşinyana səslənib.
Akqabay