"AZAL-ın qiymətləri yüksək deyil" - Nazir müavini
    • 18-10-2023, 14:17
    • 254

"AZAL-ın qiymətləri yüksək deyil" - Nazir müavini

“AZAL”da qiymətlərin baha olması ilə bağlı şikayətlər səslənir. Amma burada diqqət edilməsi məqamlar var. Bu gün dünya standartlarında da eyni gündə olan uçuşlarda qiymət dəyişiklər olur. 

News24.az  xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Qeyd edim ki, qiymətlərə təsir göstərən məqamlar var. Birincisi “AZAL” güzəştli yanacaq almır. Bəziləri düşününür ki, biz güzəştli yanacaq alırıq, bu, belə deyil. Artıq iki ildir ki, biz dünya standartlarına uyğun oalraq yanacaq alırıq. Digər tərəfdən qiymətlərə təsir edən xidmət haqqıdır. Personal, texniki və s. məsələlər buna daxildir. Eyni zamanda bu il dövlət büdcəsindən “AZAL”a daxilolma olmayıb. "AZAL" artıq öz gəlirləri hesabına xərclərini qarşılayır deyə bilərik. Hətta deyə bilərəm ki, bu il artıq ötən illərlə müqayisədə on dəfə artıq gəlir gözləyirik. Bu sadalanan amilləri nəzərə almaq lazımdır. Amma bu demək deyil ki, bizim qiymətlərimiz dəyişməz olaraq qalacaq. Bunun üzərində işlər görülür”, - nazir müavini qeyd edib.