Ukraynada həmyerlimizlə birgə  qəzada ölən xanım Silvestr Stallonenin qohumu idi
    • 26-03-2019, 16:26
    • 941

Ukraynada həmyerlimizlə birgə qəzada ölən xanım Silvestr Stallonenin qohumu idi

Bir neçə gün əvvəl boks üzrə dünya çempionu Ramil Hacıyevin Ukraynanın Odessa şəhərində qəza nəticəsində həyatını itirən 22 yaşlı qardaşı Şamil Hacıyevlə birgə ölən xanımın kimliyi bəlli olub.

News24.az
xəbər verir ki, yanaraq həlak olan xanım yerli biznesmenlərdən biri Valeriy Kravçenkonun 33 yaşlı qızı Viktoriya Kravçenkodur. İki uşaq anası olan Viktoriyanın kimliyi barədə daha diqqət çəkən məqam onun dünya şöhrətli aktyor Silvestr Stallonenin qohumu olmasıdır. Bu barədə qadının atası daha əvvəl də dəfələrlə məlumat vermişdi. O, bildirmişdi ki, Silvestrın anası Jaklin Stallone onun qohumudur. Sadəcə 19-cun əsrin sonlarında əksər qohumu Odessadan ABŞ-a miqrasiya ediblər. 

Neçə ki, Jaklin Stallone Odessada qohumu olduğunu bəyan etməmişdi, Viktorun bu açıqlamaları hamı tərəfindən ironiya ilə qarşılanmışdı. Jaklinin 2003-cü ildə verdiyi müsahibəsində bu barədə danışdıqdan sonra şübhə edənlərin ironiyası bitmişdi.

Azər NƏSİBOV