-
- 18-10-2023, 14:24
- 224
Parlamentdə Zurabişvilinin impiçment prosesi BAŞLADI
Bu dəqiqələrdə ölkə parlamentində prezident Salome Zurabişvilinin impiçment proseduruna start verilib.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, prosesdə iştirak etmək üçün ölkə prezidenti qanunverici orqana gəlib.
Hakimiyyətin prezident əleyhinə başlatdığı impiçment proseduruna etiraz əlaməti olaraq bir neçə müxalif deputat parlament zalını tərk edib. "VMH", "Strategiya Ağmaşenebeli" və "Gürcüstan naminə" partiyalarının deputatları müzakirələrdə ümumiyyətlə iştirak etmirlər.
Prezidentə qarşı impiçment prosesinin başladılmasının müəllifi, "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze çıxış edərək deputatları prezidentin əleyhinə səs verməyə çağırıb.
Məlumat üçün bildirək ki, bazar ertəsi Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumət tərəfindən Avropaya icazəsiz səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Plenumun 9 hakimindən altısı bu qərarı dəstəkləyib.
Aynurə