-
- 18-10-2023, 15:00
- 188
Papa əhaliyə ÇAĞIRIŞ ETDİ
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra bölgədəki vəziyyətin ümidsiz olduğunu bildirərək fəlakətin qarşısının alınmasına çağırış edib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Papa dünyada bir çox döyüş cəbhələrinin açıq olduğu bir dövrdə qarşıdurmanın genişlənməsinin narahatlıq doğurduğunu ifadə edib.
“Silahlar sussun, yoxsulların, insanların və uşaqların sülh üçün fəryadları eşidilsin”
Katoliklərin ruhani lideri sülh çağırışını təkrarlayıb və oktyabrın 27-də cümə günü Vatikanda ictimai tədbirlə sülh üçün dua günü keçirəcəklərini açıqlayıb.
Ülkər Abdurahmanlı