-
- 18-10-2023, 16:12
- 2 660
Biabırçı video ilə gündəmə gələn Şəmsi Səmədzadə kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, tanınmış iş adamı Şəmsi Səmədzadə ilə bağlı yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.
News24.az musavat.com-a istinadən bildirir ki, videodakı digər şəxs olduğu deyilən masaj fəaliyyəti ilə məşğul olan "Həyat" ləqəbli şəxs videoaçıqlama yayıb.
O videonun yalan olduğunu söyləyib, bildirib ki, keçmiş sahibkarın nüfuzuna zərər vurmaq üçün video montajlanıb.
Biabırçı videosu ilə gündəmə gələn Şəmsi Səmədzadəni arvadının ifşa etməsi ilə bağlı iddialar var. Şəmsi Səmədzadə həbsxanadan çıxdıqdan sonra öz həyat yoldaşı ilə yollarını ayırıb. Hətta bu barədə yaxınlarının olduğu qrupa video müraciət də göndərib. Şəmsi Səmədzadənin qardaşı və yaxınları hesab edirlər ki, vəziyyətin yaranmasında onun öz yaxınları və xüsusilə də həyat yoldaşının rolu var.
Hazırda ölkə gündəmini zəbt edən Şəmsi Səmədzadə ilə ətraflı məlumatları təqdim edirik:
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.
Qeyri - rəsmi məlumatlarda deyilir ki, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralova sillə vurduğu üçün bu ağır cəzaya məhkum edilib. Hətta o, həbsdən azad edilən gün jurnalistlərlə keçirdiyi brifinqdə belə həbsinin səbəbi kimi məhz bu versiyanın üzərində dayandı.
Şəmsi Səmədzadə 1965-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunda anadan olub. Həmin kənd Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Şəmsi Səmədzadə müsahibələrində deyir ki, Səmənd ağanın soyundandır. Səmənd ağa həmin mahalın çox nüfuzlu şəxslərindən olub. Şəmsi Səmədzadə həmin kişinin oğul yox, qız nəvəsidir.
1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediləndən sonra , Şəmsi Səmədoğlu əvvəlki Xanlar, indiki Göygöl rayonunun Quşqara kəndində məskunlaşıblar. Sonra Şəmsi həmin kəndin adını atasının şərəfinə Səmədabad edib. Hazırd isə kəndin adı Səmədabad deyil.
Qaçqınlıqdan sonra Şəmsi Səmədoğlu elə də imkanlı adam olmayıb. Əslən Naxçıvandan olan "Spirt Miri" kimi tanınan spirt zavodunun müdirinin sürücüsü işləyib. Şəmsi Səmədzadə ali təhsillidir. 3 oğul, 2 qız övladı var.
Qeyd edək ki, bir neçə il əvvəl Şəmi Səmədzadə həbsdə olarkən "Qulp studio" "Rezonans" verilişinin bir buraxılışını ona həsr edilib.
O, verilişdə öz hekayəsini danışıb:
"Mən həbs olunanda böyük oğlumun 12, özüm 34, qızım 7, kiçik oğlum 4 yaşında idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün burdayam.
Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi.
Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.
12 il heç kimə icazə vermədim həbsxanaya gəlsinlər. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burda olmağımla".