"Rəsmi Bakı hələ cavab verməyib" - Ermənistan XİN
    • 18-10-2023, 16:42
    • 294

"Rəsmi Bakı hələ cavab verməyib" - Ermənistan XİN

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib ki, rəsmi Bakı hələlik sülh Müqaviləsi üzrə İrəvanın təkliflərinə cavab verməyib.

News24.az xəbər verir ki, Ovannisyan Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsinin qaldığını iddia edib.

“Göndərdiyimiz sülh sazişinin versiyası ilə bağlı hələ cavab almamışıq”.

Nazir müavini iki ölkə arasında müharibə təhlükəsi görüb-görmədiyi sualına : "Əlbəttə” deyə cavab verib.

Ayşən