ABŞ Konqresi Tehrana qarşı əlavə sanksiyalar tələb edib
    • 18-10-2023, 23:36
    • 138

ABŞ Konqresi Tehrana qarşı əlavə sanksiyalar tələb edib

Tehranın HƏMAS-ı dəstəklədiyinə görə ABŞ Konqresinin həm Demokrat, həm də Respublikaçılar partiyasından olan 110 üzvü prezident Co Baydendən Tehrana qarşı əlavə sanksiyalar tətbiq edilməsini tələb edib. 

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, dünən Ağ Evə ünvanlanmış tələb məktubunda bir sıra tədbirlər vasitəsilə İranın Çin və bəzi ölkələrə neft sata bilməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb. 

“Tehran İsrailə qarşı HƏMAS-a və digər silahlı qruplaşmalara davamlı maliyyə dəstəyi verdiyinə görə cavabdehlik daşımalıdır”, - deyə, Konqres üzvlərinin məktubunda qeyd edilib.

Leyla SƏMƏNDƏR