Co Baydenin Fələstinə humanitar yardımla bağlı BƏYANATI
    • 19-10-2023, 11:23
    • 147

Co Baydenin Fələstinə humanitar yardımla bağlı BƏYANATI

ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı edib. 

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Bayden bildirib ki, Əbdülfəttah əs-Sisi  Rəfah sərhəd qapısının açılmasına və Qəzzaya humanitar yardım aparacaq 20-yə yaxın yük maşınının keçməsinə icazə verib.

Co Bayden əlavə olaraq diqqətə çatdırıb ki, barışdırıcı rəftar nümayiş etdirən Sisi bu mövzuda tərifə layiqdir.

Ülkər Abdurahmanlı