Hadrut və Tuğda tikinti-bərpa işlərinə bu tarixdə BAŞLANILACAQ
    • 19-10-2023, 12:42
    • 337

Hadrut və Tuğda tikinti-bərpa işlərinə bu tarixdə BAŞLANILACAQ

Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndində söküntü işlərinə yaxın zamanda start veriləcək. Hazırda layihə tender mərhələsindədir. Yol-infrastruktur bərpa olunduqdan sonra evlərin və qeyri-yaşayış sahələrinin tikintisinə başlanacaq. 

News24.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

"Dövlətimiz hər zaman sülh şəraitində yaşasın. Qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsın, hər zaman sülh içində yaşasınlar", - deyə o, qeyd edib.

Qumral Əliyeva