Elnarə Bəkirovanın atasının qatillərinin MƏHKƏMƏSİ
    • 19-10-2023, 15:35
    • 297

Elnarə Bəkirovanın atasının qatillərinin MƏHKƏMƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, E. Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 300 min manatla itkin düşüb. Araşdırmalarla K. Bəkirovun 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən qətlə yetirilərək meyitin gizlədilməsi məlum olub.

Samir Əli