İntihar edən stomatoloq sabiq məmurun QOHUMU İMİŞ
    • 19-10-2023, 16:25
    • 528

İntihar edən stomatoloq sabiq məmurun QOHUMU İMİŞ

Xəbər verdiyimiz kimi, Yevlaxda 33 yaşlı həkim-stomatoloq Nicat Əjdərli intihar edib.  Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə özünü asıb. 

News24.az "Gəncəxəbər.az"-a istinadən xəbər verir ki, intihar edən stomotoloq Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qohumudur. Nicat Əjdərlinin əmisi də Mingəçevirdə yüksək vəzifəyə sahibidir.

Nicatın qardaşının bu günlərdə toyu olacaqmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qumral Əliyeva