-
- 19-10-2023, 18:27
- 446
70 yaşlı kişi qardaşı oğlunu öldürdü - QANDONDURAN HADİSƏ
Tokatın Zilə rayonunda 70 yaşlı Yusuf Akdoğan 11 il əvvəl Rusiyada vəfat edən oğlu Zəfər Akdoğanın ölümündə günahkar bildiyi qardaşı oğlu Onur Altındalı güllələyib.
News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Tokatda qan donduran hadisə saat 14.30 radələrində Zilə rayonunun Karvansaray kəndində baş verib.
Hadisə yerinə polis və təcili tibbi yardım maşınları sövq edilib.
Onur Altındalı hadisə yerində dünyasını dəyişib. Qətli törədən cinayətkar polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ülkər Abdurahmanlı