Avtomobil traktorla TOQQUŞDU - Xəsarət alan var
    • 20-10-2023, 13:15
    • 120

Avtomobil traktorla TOQQUŞDU - Xəsarət alan var

İzmirin Ödəmiş rayonunda avtomobillə traktor toqquşub. 

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb. 

Toqquşma nəticəsində biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Ətrafdakı vətəndaşların xəbəri üzərinə qəza yerinə polis və təcili tibbi yardım maşınları sövq edilib.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Ülkər Abdurahmanlı