Gürcüstanın nüvə müharibəsi ilə bağlı PLANI – SENSASİON AÇIQLAMA
    • 20-10-2023, 14:06
    • 95

Gürcüstanın nüvə müharibəsi ilə bağlı PLANI – SENSASİON AÇIQLAMA

Gürcüstan hökuməti müvafiq qurumlarla birlikdə regionda nüvə müharibəsi baş verəcəyi təqdirdə istifadə olunacaq müfəssəl plan hazırlayıb. 

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bunu jurnalistlərə açıqlamasında  Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili deyib.

“Şimali Koreya “nüvə müharibəsinə başlamaq istəyən ABŞ-ı qabaqlayıcı zərbə ilə hədələyib”.

O, həmçinin əlavə edib ki, Səhiyyə Nazirliyinin dərman ehtiyatı, insanların müalicəsi və bomba sığınacaqlarının təşkili ilə bağlı konkret planı var. 

 “Nüvə zərbəsi zamanı bomba sığınacaqları yararsız hala düşə bilər”-deyə, o fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı