Gürcüstan nüvə müharibəsinə hazırlaşır? - DETALLAR
    • 20-10-2023, 12:50
    • 108

Gürcüstan nüvə müharibəsinə hazırlaşır? - DETALLAR

Gürcüstan regionda nüvə silahının mümkün istifadəsinə qarşı hazırlaşır. 

News24.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili məlumat verib.

DTX rəhbərinin sözlərinə görə, Gürcüstan hökuməti “nüvə müharibəsi zamanı xüsusi plan hazırlayıb”, ona əsasən “hər bir idarə üçün ssenari və fəaliyyət planı nəzərdə tutulub”. 

Xüsusilə, Səhiyyə Nazirliyi nüvə müharibəsi zamanı əhali arasında paylanacaq “dərmanların siyahısını artıq tərtib edib”, eləcə də zərərçəkənlərə təcili tibbi yardımın alqoritmini müəyyənləşdirib.

“Xoşbəxtlikdən və ya təəssüf ki, biz COVID-19 pandemiyası zamanı bu cür məsələlərdə çoxlu təcrübə qazandıq”, - Qriqol Liluaşvili xatırladıb. 

Eyni zamanda o, etiraf edib ki, Gürcüstana birbaşa nüvə hücumu zamanı “sığınacaqlar kömək etməyəcək”, buna görə də “həm ölkə daxilində, həm də xaricdə mülayim, praqmatik siyasət aparmaq lazımdır”.

Akqabay