-
- 20-10-2023, 14:31
- 233
Şimali Koreya HƏDƏLƏDİ: Nüvə zərbəsi endiriləcək
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ABŞ nüvə müharibəsi törətmək istəyir və bu məqsədlə özünün strateji bombardmançı təyyarələrini Koreya yarımadasına köçürür.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, KXDR buna cavab olaraq ABŞ-ı qabaqlayıcı nüvə zərbəsi endirməklə hədələyib.
Agentlik ABŞ, Cənubi Koreya və Yaponiyanın hərbi hava qüvvələrinin planlaşdırılan birgə təlimlərini xatırladıb.
"Bu, ABŞ-ın nüvə müharibəsini qızışdırmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə manevridir", - məqalədə deyilir.
KCNA yazır ki, ABŞ-ın hegemon strategiyasını həyata keçirmək üçün avantürist siyasəti Avropa və Yaxın Şərqdəki münaqişə səbəbindən iflasa uğrayır. ABŞ administrasiyasının xarici təsiri yeni ziddiyyətlər və münaqişələr səbəbindən durmadan azalır.
Qeyd edək ki, sentyabrın sonunda KXDR parlamenti konstitusiyaya ölkəyə hərbi nüvə proqramını inkişaf etdirmək hüququ verən düzəliş qəbul edib. Şimali Koreya lideri Kim Çen In bunu güclü siyasi silah adlandırıb. Keçən həftə KXDR Cənubi Koreyada ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etməklə hədələyib.