-
- 20-10-2023, 14:47
- 252
Kuleba Orbanın Putinlə əl sıxmasına reaksiya verdi: "Ümid edirəm əllərini yudu"
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə Çində keçirdiyi görüşə münasibət bildirib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kulebanın açıqlaması marağa səbəb olub. Belə ki, nazir açıqlamasında "Ümid edirəm ki, o (Orban - red.) Putinlə əl sıxdıqdan sonra heç olmasa əllərini yuyub və dezinfeksiya edib", - deyə cavab verib.
Qeyd edək ki, oktyabrın 17-də Orban Pekində Putinlə görüş keçirib.
Aynurə