-
- 20-10-2023, 15:58
- 248
Mahir Emreli məşqdə zədələndi
Xorvatiyanın “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.
News24.az “Report”a istinadən xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.
O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib: “Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.
Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XII turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.