"Diqlas"ın sahibkarları yürüş edir - FOTO- VİDEO
    • 27-03-2019, 12:04
    • 3 088

"Diqlas"ın sahibkarları yürüş edir - FOTO- VİDEO

Dünən səhər saatlarında yanan "Diqlas" Ticarət Mərkəzinin sahibkarları bu dəqiqələrdə Nizami rayon İcra hakimiyyəti tərəfə yürüş etmək istəyirlər. News24.az-ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əraziyə təxminən 70-ə yaxın sahibkar toplaşıb. Lakin onların İcra Hakimiyyətinə yürüşünün qarşısı polislər tərəfindən alınıb. Başqa digər sahibkarlar da hazırda onlara qoşulmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev şikayətçilərin qarşısına çıxaraq deyib ki, icra hakimiyyətinin başçısı Arif Qasimov hazırda Prezident Administrasiyasında müzakirələrdədir. Orda bu məsələlər müzakirə edilir, baxılır. Hələlik bu müzakirələr başa çatmadan konkret heç bir vəd vermək mümkün deyil. Qəbul olunan qərarlarla bağlı zərərçəkənlərə və ictimaiyyətə məlumat veriləcək.