-
- 28-03-2019, 10:34
- 5 139
Prezident İlham Əliyev "Diqlas"la bağlı QƏRAR VERDİ - VİDEO
“Diqlas” Ticarət Mərkəzində zərərçəkənlərə dövlət tərəfindən kompensasiya ödəniləcək.
News24.az xəbər verir ki, bu qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilib. Qərar Nizami Rayon icra Hakimiyyətində yanğından zərərçəkənlərlə keçirilən bugünkü görüşdə açıqlanıb.
Görüşdə Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsumov, sektor müdiri Tağı Tağıyev, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nəzarət İdarəsinin rəisi İsa Nəbiyev, Vergilər Nazirliyinin müşaviri Elçin Məmmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Nizami rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov, Nizami rayon prokuroru Pərviz İbayev, Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov və digər vəzifəli şəxslər iştirak edib.
Görüşdə çıxış edən Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsumov bildirib ki, dövlət başçısı “Diqlas”da zərərçəkənlərlə bağlı artıq qərar verib və onun tapşırığı ilə bu gün sözügedən heyət bura toplaşılıb:
“Belə hadisələr dünyanın hər yerində olur. Bu məsələ birbaşa dövlət başçısı İlham Əliyev və I vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Heç bir ölkədə preizdent bizdəki kimi vətəndaşlarla bu cür maraqlanmır. Hər birinizə dəyən ziyan dövlət tərəfindən ödəniləcək".
Görüşdə iştirak edən sahibkarlar Prezidentin bu təşəbbüsünü ayaq üstü alqışla qarşılayıblar.