Arif Qasımov sabah "Diqlas" ətrafında yanan mağaza sahibləri ilə görüşəcək - VİDEO
    • 28-03-2019, 19:40
    • 1 050

Arif Qasımov sabah "Diqlas" ətrafında yanan mağaza sahibləri ilə görüşəcək - VİDEO

Sabah Nizami Rayon İcra Hakimiyyətində “Diqlas” ticarət mərkəzinin ətrafında yerləşən yanğında zərərə uğrayan mağazaların sahibləri ilə görüş keçiriləcək.

News24.az
xəbər verir ki, bu barədə mağaza sahiblərinə icra hakimiyyətindən məlumat verilib. İcra Hakimiyyətinin başçısı Arif Qasımov mərkəzin ətrafında yerləşən mağazaların da hamısının yanmasını nəzərə alaraq və dəymiş ziyanla bağlı məlumat əldə etmək üçün onların sahibləri ilə görüşəcək. Əldə etdiyimiz məlumata görə görüşün bu gün keçirilməsi nəzərdə tutulmuşdu. Hətta bununla bağlı mağaza sahiblərinə məlumat da verilmişdi. Amma müəyyən səbəblərdən görüş sabaha keçirilib.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev zərərçəkənlərə kompensasiyaların verilməsi ilə bağlı tapşırıq verib.

Sevinc YASİNQIZI