İcra başçısı "Diqlas"da zərərçəkənlərə:
    • 27-03-2019, 15:00
    • 1 315

İcra başçısı "Diqlas"da zərərçəkənlərə: "Deyə bilmərəm ki, mən sizə pul ödəyəcəm" - FOTOLAR - VİDEO

Nizami Rayon İcra Hakimiyyətində dünən “Diqlas” ticarət mərkəzində dükanları yanan sahibkarlarıla görüş keçirilib. News24.az xəbər verir ki, sahibkarları şəxsən icra başçısı qəbul edib onların fikirlərini öyrənib. Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət tərəfindən zərərçəkən sahibkarla ödənişin olmayacağını bildirib: “Prezident İlham Əliyev hər dəqiqə sizin haqlarınızı müdafiə edəcək. O cümlədən mən də. İcra başçısı olaraq sizinlə birlikdəyəm. Haqq kimin tərəfindədirsə, onun da haqqı veriləcək. Hər dəqiqə, hər an sizləri qəbul etməyə hazırıq. Amma hazırki məsələ bir günlük iş deyil. Çünki siz özəl olan bir mərkəzdə sahibkarlıqla məşğul olmusuz. Hazırda dəymiş ziyan araşdırılmalıdır. Fövqəladə Hallar Nazirliyinin komissiyası, prokurorluq məsələni diqqətdə saxlayıb. Mərkəzin sığorta olunub-olunmmaması, kimə nə qədər ziyan dəyməsi araşdırılır. Obyekt sahibləri gəldikdən sonra hamımız onların iştirakı ilə içəriyə buraxılacaqsınız. Ümumiyyətlə, dövlət tərəfindən onların əvəzinə sizə pullar verilməyəcək, çünki bu özəl mülkdür. Bizə məsələni araşdırmaq üçün vaxt verin. Həm də bu birbaşa nəzarətdə olan məsələdir. İstintaq hər şeyə qərar verəcək. Mən icra başçısı olaraq deyə bilmərəm ki, mən sizə pul ödəyəcəm. Bu yalnız istintaq başa çatandan sonra məlum olacaq. Amma sizin haqlarınız da tapdalanmayacaq. Araşdırma sonlandıqdan sonra qərar bilinəcək. Çünki sizin kimlərlə müqavilə imzaladığınız, kimlərə nə qədər ödəniş etdiyinizi bilmirik. Gözləyin. Mən sizə indi yalandan deyə bilmərəm ki, kimsə və ya dövlət sizə pul verəcək. Birmənalı şəkildə belə bir şey yoxdur. Amma sizin haqlarınız dövlət tərəfindən qorunacaq”. İcra başçısı hazırda başqa yerlərdə fəaliyyət göstərmək istəyən üçün sahibkar üçün şərait yaradılacağını qeyd edib.

****13:14 

“Yanan “Diqlas” Ticarət Mərkəzi ilə bağlı araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq”.

News24.az
"Report"-a istinadən bildirir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan “Diqlas” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşündə deyib. “Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub. İndi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin. Hər kəs nə qədər ziyana düşdüyünü yazsın. Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi” - icra başçısı qeyd edib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.