Şad günləri yasa döndü - 3-ü də öldü - FOTO
    • 20-10-2023, 17:07
    • 1 137

Şad günləri yasa döndü - 3-ü də öldü - FOTO

Bursanın şəhər mərkəzində ad gününü qeyd edən Eda Baykay, dostları Sıla Çelik və Sinan Karakuşla birlikdə olduğu avtomobil qəzaya uğrayıb.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, qəza oktyabrın 15-də gecə saat 01:00 radələrində Kestel rayonunda baş verib.

Ad gününü qeyd edən Eda Baykay dostları Sıla Çelik və Sinan Karakuşla birlikdə Adem Duranın idarə etdiyi 16 AFT 818 dövlət nömrə nişanlı avtomobillə İnegöl rayonuna getmək üçün yola düşüb. Həddindən artıq sürət səbəbindən idarəetmədən çıxan avtomobil sürüşüb.Və nəticədə avtomobil aşıb. 

Xəbər verildikdən sonra bölgəyə çoxlu polis, yanğınsöndürən və tibbi yardım göndərilib.

Qurtarma çalışmaları zamanı avtomobildə sıxışan Eda Baykay, Sıla Çelik və Sinan Karakuşun həyatını itirdiyi müəyyən edilib.

Sıxışdığı yerdən xilas edilən Adem Duran isə xəstəxanada müalicə olunduqdan sonra "şüurlu səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs edilib.