Neft yenidən BAHALAŞDI
    • 21-10-2023, 09:30
    • 231

Neft yenidən BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,72 ABŞ dolları, yaxud 1,79 % artaraq 97,68 ABŞ dolları təşkil edib.

Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 92,16 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.