Azərbaycan nefti bahalaşdı – Son qiyməti
    • 2-06-2023, 10:43
    • 612

Azərbaycan nefti bahalaşdı – Son qiyməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,58 ABŞ dolları, yaxud 2,1 % artaraq 76,63 ABŞ dolları təşkil edib.

Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 74,83 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.