Şərurda restoran yandı - FOTO
    • 21-10-2023, 10:30
    • 191

Şərurda restoran yandı - FOTO

Şərur rayonunda restoran yanıb.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərməyən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.