Bakı Təşəbbüs Qrupunun Ofisi AÇILDI
    • 21-10-2023, 13:49
    • 206

Bakı Təşəbbüs Qrupunun Ofisi AÇILDI

Bu gün Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub.

News24.az xəbər verir ki,  tədbirdə Bakı Təşəbbüs Qrupunun rəhbəri Ayxan Abbasov qurumun vəzifələri və məqsədi barədə danışıb.

Açılış mərasimində yerli və xarici qonaqlar da iştirak ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Bakı Təşəbbüs QrupuXXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bakı Təşəbbüs Qrupu sentyabrın 22-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.