Prezident ölkələrə çağırış etdi:
    • 21-10-2023, 14:54
    • 261

Prezident ölkələrə çağırış etdi: "Təcavüzə qarşı.."

Fələstin prezidenti Mahmud Abbas, Yeni Qahirədə keçirilən Fələstin üzrə Qahirə Sülh Sammiti zamanı dünya ictimaiyyətindən İsrail Müdafiə Qüvvələrinə təsir göstərməyi və İsrailin təcavüzünü dayandırmağı tələb edib.

News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Qəzza zolağına təcili humanitar dəhlizlərin açılması hələ də lazımdır.

“Biz İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulmasını və dərhal humanitar dəhlizlərin açılmasını tələb edirik ”, - deyə Abbas deyib.

Prezident əlavə edib ki, Qəzza zolağının sakinləri ərazilərdən zorla çıxarılmamalıdır.

 Ayşən