Ödənişli yoldan istifadə kart vasitəsi ilə olacaq - RTV VİDEO
    • 21-10-2023, 15:31
    • 202

Ödənişli yoldan istifadə kart vasitəsi ilə olacaq - RTV VİDEO

Bakı–Quba–Rusiya ödənişli yolundan istifadəyə görə qiymətlər müəyyənləşib. 

Bu barədə RTV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Qeyd olunub ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yoldan istifadəyə görə kütləsi 3,5 tona qədər olan yük maşınları yolun bütövlükdə istifadəsinin onlara 10 manata,  digər maşın-mexanizmlər üzrə bu qiymət 15 manat, Avtobuslar isə bütün yol üçün 10 manat ödəyəcək.