-
- 27-03-2019, 14:26
- 868
Fazil Mustafa: “Biz şəhidimizə qarşı ermənilərə öz cavabımızı verməliyik...” – ŞƏRH
“Ermənilərin son bir necə gündür təxribatlara əl atması, prezidentlərin martın 29-da keçiriləcək görüş ərəfəsində bir həbçimizi şəhid etmələri danışıqların pozulmasına və ya nəticəsiz qalmasına yönəlib”. Bunu News24.az-a deputat Fazil Mustafa düşmən təxribatlarını şərh edərkən deyib. Deputat ermənilərin danışıqların baş tutmamasına maraqlı olduğunu bildirib: “Onlar imutasiya üçün bunu edirlər. Bununla heç bir geri çəkilmə niyyətlərinin olmadığını göstərirlər. İşğalçılıq siyasətlərini davam etdirirlər. Son vaxtlar dünyada baş verən hadisələr ermənilərə bu istiqamətdə addım atmağa bir az da şərait yaradır. Biz öz beynəlxalq öhdəliklərimizə uyğun olaraq addımlar atmalıyıq. Çalışmalıyıq ki, erməniləri fakt qarşısında qoyaq. Onların müəyyən problemlər ətrafında səs-küy qaldırmasına imkan verməyək. Biz şəhidimizə qarşı ermənilərə öz cavabımızı verməliyik. Onların da işğalçı əsgərlərə, qüvvələrə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq. Onların qüvvələrini məhv etməliyik. Amma bununla belə beynəlxalq səviyyədə danışıqların davam etməsinə çalışmalıyıq”. Fazil Mustafa qeyd edib ki, martın 29-da baş tutacaq görüşə kimi ermənilərin yenidən təxribata əl atması gözləniləndir: “Bu təxribatlar davam edir. Bizdə fürsət düşən kimi ən sərt formada düşmənin canlı qüvvəsini və texnikasını məhv etməliyik. Martın 29-da protokol görüşü olacaq. Görüş zamanı hansısa bir şəkildə irəliləyişin olacağını düşünmürəm. Çünki Ermənistan müstəqil dövlət deyil. Onların qərarları kənardan verilir. Ona görə də Paşinyanın nəyisə öz üzərinə götürərək qərar verməsi gözlənilən deyil”.
Sevinc YASİNQIZI
Sevinc YASİNQIZI